Bakı-Quba yolunda ağır qəza baş verib. Bu barədə ShimalNews 23 sentyabr tarixində məlumat verir.
Hadisə Şabran rayonunun Aygünlü kəndi ərazisində qeydə alınıb. Belə ki, 10-OF-572 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı mikroavtobus ötmə manevri edən zaman Sumqayıt şəhər sakini X.Haşimovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə toqquşub. Nəticədə sürücü idarəetməni itirərək mikroavtobusu aşırıb.
Qəza nəticəsində 65 yaşlı Adil Ələkbərov dünyasını dəyişib, 16 nəfər isə xəsarət alıb. Xəsarət alanların 2-si Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndərilib.