Xaçmazlı şəhid Nurağa Tağıyevin ailəsi ziyarət olunub. Bu barədə ShimalNews 22 sentyabr tarixində Xaçmaz Şəhər İƏD-yə istinadən məlumat verir.

Görüşdə Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsin əməkdaşları iştirak ediblər. Ailəni narahat edən məsələlər dinlənilib.

Daha sonra qonşuluqda yaşayan sakinlərlə də görüş baş tutub və iməcilik keçirilib.

Nurağa Tağıyev şəhidlik zirvəsinə ucaldıqdan sonra, onun doğma küçəsinə qəhrəmanımızın adı verilib.

Xaçmazlı şəhid Nurağa Tağıyevin ailəsi ziyarət olunub
Foto Xaçmaz Şəhər Iəd