Xaçmaz-Xudat yolunda iki minik avtomobili toqquşub. Bu barədə ShimalNews-a 22 sentyabr tarixində məlumat daxil olub.

Hadisə Qımılqışlaq ərazisində baş verib. Burada “BMW” markalı avtomobil  “Mercedes” markalı avtomobilə çarpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.