Xaçmazın Qusarçay kəndi ərazisində axan kükürdlü suyun qarşısını almaq məqsədilə tədbirlərə başlanılıb. Bu barədə ShimalNews 22 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Gəndob-Yalama yolunun kənarında olan bu sahə uzun müddət su içindədir.

Məsələ ilə bağlı 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsindən açıqlama verilib. Bildirilib ki, termal su yerin altından yüksək təzyiqlə çıxır. Onu bağlamaq üçün nazirlik Neft Şirkətinə müraciət edib. Qarşıdakı bir həftə ərzində şirkət xüsusi qurğu vasitəsilə həmin axarın qarşısı alacaq.

Daha öncə, bu məsələ ilə bağlı paylaşım etmişdik.