Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyi daha 2 ət kəsimi məntəqəsində nöqsanlar aşkar edib. Bu barədə ShimalNews 22 sentyabr tarixində agentliyə istinadən məlumat verir.

Agentliyin əməkdaşları respublika üzrə monitorinqlərinə davam edir. Bu dəfə yoxlama nəticəsində 2 sahibkarlıq obyektində qanun pozuntuları aşkar edilib. Nöqsanları olan məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyektiÜnvanGörülən tədbir
1Ağayev RifaqNərəcan kəndiQanunsuz metal konstruksiyalar sökülüb və İnzibati protokol tərtib edilib
2Kərimov Eyvaz Kərim oğluKöhnə Xaçmaz kəndiİnzibati protokol tərtib edilib