Qusarda kişi polis şöbəsinə müraciət edərək həyat yoldaşı tərəfindən döyüldüyünü bildirib. Bu barədə ShimalNews 22 sentyabr tarixində Qaynarinfo-ya istinadən məlumat verir.

Samur Polis Bölməsinin sahə rəisi tərəfindən qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxs isə həyat yoldaşı ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib. Buna görə işə xitam verilməsini məhkəmədən xahiş edib.

Sentyabrın 20-də hakim Əli Cəlilovun sədrliyi ilə məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxsə 20 gün inzibati həbs cəzası verilib. Məhkəmənin qərarına əsasən, onun cəzası həbs olunduğu gündən, yəni 20 sentyabr tarixindən hesablanacaq.