Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndinə səfər təşkil edilib. Bu barədə ShimalNews 22 sentyabr tarixində Quba Destinasiya Menecmenti Təşkilatına istinadən məlumat verir.

Təşkilatın əməkdaşları kəndin icra nümayəndəsi, Köhnə Xudat qazmalar kənd sənətkarlıq evinin direktoru və kəndin ağsaqqal nümayəndəsi ilə görüşüblər. Səfər çərçivəsində kəndin turizm potensialı araşdırılıb.

Quba DMT kənd qonaq evləri, kənddəki tarixi, mədəni, təbiət abidələri siyahıya alınıb, vahid baza şəklində formalaşdırılıb. Bütün əldə olunmuş məlumatlar nəticəsində Xudat qazmalar kəndi turizm resursları olan kəndlər siyahısına əlavə edilib.

Bundan əlavə, bu kənddə aqroturizmlə məşğul olan sahibkar ilə görüş təşkil edilib. Söhbət zamanı sahibkarın turizmlə bağlı sualları cavablandırılıb.