Qubada saat 15:50-də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 22 sentyabr tarixində məlumat verir.

Hadisə H.Əliyev prospektində baş verib. “Ford” və “Toyota” markalı avtomobillər toqquşub.

Xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Şahidlərin sözlərinə görə, “Ford” arxaya hərəkət edərkən digər avtomobili görməyib. Qəza bu səbəbdən baş verib.