Quba rayon sakini qəzaya düşüb. Nəticədə 1 nəfər dünyasını dəyişib. Bu barədə ShimalNews 22 sentyabr tarixində Apa-ya istinadən məlumat verir.

Hadisə Şabran rayonunun Şahnəzərli kəndi ərazisində qeydə alınıb. Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə “Nissan” markalı avtomobildə sərnişin olan Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.