Quba Rayon Mərkəzi Xəstəxanasında ödənişsiz psixoloji konsultasiya xidməti göstərilir. Bu barədə ShimalNews 22 sentyabr tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən məlumat verir.

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsində psixoloji yardım xidməti təşkil olunub. Burada məqsəd əhalinin psixi sağlamlığının yaxşılaşdırılması və psixoloji gərginlik hallarının aradan qaldırılmasıdır.

Sözügedən yardım xidməti həm uşaqlara, həm də böyüklərə pulsuz göstərilir. Həkimlər depressiya, narahatlıq, qorxu, aşırı həyəcan və stres fonunda gündəlik həyatlarında psixoloji problemlər və sarsıntı kimi məsələlərlə mütəxəssislərə müraciət etməyi tövsiyə edirlər.