Quba rayon icra başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 22 sentyabr tarixində Quba RİH-yə istinadən məlumat verir.

Yerfi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşlar Ziyəddin Əliyevin görüşündə iştirak ediblər. Qəbul zamanı sakinlərin toxunduqları məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.

Sakinlərlə görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.