Quba rayonunun Gədikqışlaq kəndində yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 22 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin səhifəsinə istinadən məlumat verir.

Ümumi sahəsi 65 kv.m olan tövlənin damı və onun daxilinə yığılan 8 ton ot bağlamasının 1.5 tonu yanıb.

Yanğın FHN-in mühafizə bölmələri tərəfindən söndürülüb.