Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba Regional bölməsi “Dünyəvi dövlətdə dini maarifləndirmə işinin təşkili” adlı tədbir keçirib. Bu barədə ShimalNews 22 sentyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Seminar-treniqdə Komitəsinin sədr müavini Gündüz İsmayılov, Quba Regional bölməsnin müdiri Eynulla Nurullayev, Şabran, Quba və Siyəzən rayon İcra Hakimiyyətlərinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri, həmçinin din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Marifləndirləndirici seminarın sonunda iştirakçılar üçün çay süfrəsi açılıb.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba Regional bölməsi və Şabran rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.