Aqrar Xidmətlər Agentliyinin Quba Regional Təlim Mərkəzinin əməkdaşları bağlar və gübrələr haqqında sualları cavablandıracaqlar. Bu barədə ShimalNews 22 sentyabr tarixində ASAN Radioya istinadən məlumat verir.

“Aqrar İnnovasiyalar və Ərzaq Təhlükəsizliyi” verilişində Təlim Mərkəzinin direktoru İslam Bəyəhmədov və aqronom Faiq Məhərrəmov iştirak edəcəklər. Onların cavablandıracağı suallar:

  • Yüksək qazanc gətirən meyvə bağını necə salmaq lazımdır?;
  • Məhsuldarlığı artırmaq üçün əkinə hansı gübrələr verilməlidir?;
  • Gübrənin faydadan çox zərər yetirməməsi üçün nəyə diqqət edilməlidir?

Verilişi izləmək üçün bu gün saat 18:05-də Facebook səhifəsinə keçid etmək olar.

Bu layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə ASAN Radionun birgə təşkilatçılığı ilə həyata keçirilir.