Xaçmaz şəhərində seminar-müşavirə keçirilib. Bu barədə ShimalNews 22 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

“Fövqəladə hallar sahəsində mövcud problemlər, çatışmazlıqlar və onların həlli istiqamətində birgə fəaliyyətin səmərəliliyinin artırılması” mövzusunda təşkil edilən təlim Tarix-Diyarşünaslıq Muzeyində keçirilib.

Tədbirdə fövqaladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışılıb.

Seminar-müşavirədə çıxış edənlər fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb və müvafiq təkliflər veriblər.

Tədbirdə FHN-in, Xaçmaz RİH-nin və rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların məsul vəzifəli şəxsləri iştirak ediblər.