Bugün Vətən müharibəsi şəhidi Elşən Ağasıyevin doğum günüdür.

Elşən 22 sentyabr 1999-cu ildə Xaçmaz şəhərində anadan olub. O, müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yola düşüb. Elşən döyüşlərin ilk günlərində yaralansa da, ön cəbhəni tərk etməyib və savaşa davam edib. İgidimiz Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.

Elşən Ağasıyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Elşən Ağasıyevin atası I Qarabağ savaşında 4 il könüllü döyüşüb.