Xaçmaz rayon icra başçısı vətəndaşları qəbul edib. Bu barədə ShimalNews 21 sentyabr tarixində Xaçmaz RİH-yə istinadən xəbər verir.

Sakinlərin müraciət və təklifləri Elnur Rzayev tərəfindən fərdi qaydada dinlənilib. Vətəndaşlar işlə təmin olunma, içməli su xəttinin yenilənməsi, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsi haqda müraciətləri səsləndiriliblər.

Məsələlərin bir hissəsi yerindəcə həll edilib, digərləri araşdırılması üçün müvafiq qurumlara yönləndirilib.

Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər.