Dövlət qulluğu vəzifələrinin B növünə aid test imtahanında uğur qazanan namizədlər sertifikatlarını Xaçmaz Regional Bölməsindən əldə edə bilərlər. Bu barədə ShimalNews 21 sentyabr tarixində Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir.

21 avqust 2022-ci il tarixində inzibati icraçı vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib. Şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdən sonra növbəti həftə ərzində sertifikatlar iştirakçılara təhvil veriləcək.