Qusar rayonunda yerləşən “Şahdağ Turizm Mərkəzi” QSC-nin elan etdiyi tender başa çatıb. Bu barədə ShimalNews 21 sentyabr tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verir.

Dövlət Turizm Agentliyinə məxsus müəssisədə auditor xidməti ilə bağlı tenderin qalibi “A Audit And Consulting” MMC olub. Şirkətə 9,2 min manat ödəniləcək.