Deputatlığa keçmiş namizədin cinayət işi məhkəməyə göndərilib. Bu barədə ShimalNews 21 sentyabr tarixində Lent.az-a istinadən məlumat verir.

Qusar rayon sakini Adil Kərimxanov barəsində Cinayət Məcəlləsinin “Mənimsəmə və ya israf etmə” maddəsi ilə ittiham elan olunub. Cinayət işinin ibtidai istintaqı yekunlaşab və iş rayon məhkəməsinə göndərilib.

Zərərçəkmiş qismində Qusar rayonu, Xuluq kənd bələdiyyəsi iştirak edir.

2020-ci ilin parlament seçkilərinə qatılan Kərimxanov 51 saylı Qusar seçki dairəsinin namizədi olub.