Qusarın M.Abdullayev adına Əcəxur kənd tam orta məktəbinin şagirdlərinə iş adamı tərəfindən hədiyyələr təqdim olunub. Bu barədə ShimalNews 21 sentyabr tarixində adıçəkilən təhsil müəssisəsinə istinadən məlumat verir.

“Ağ Biznes Klubu”nun prezidenti Rufat Tagirov xeyriyyə addımı atıb. O, I-IV sinif şagirdlərinə məktəbli çantası, məktəb ləvazimatları, məktəbli formaları, kitabxana üçün 3 dildə yazılmış bir neçə kitab bağışlayıb.

Hədiyyələri Rufatın atası Abir Tagirov təqdim edib. Məktəb kollektivi onlara təşəkkürünü bildirib.