Qubada sel və daşqınlardan qorunmaq üçün qabaqlayıcı tədbirlər davam etdirilir. Bu barədə ShimalNews 21 sentyabr tarixində Qafqaz TV-yə istinadən məlumat verir.

Qudyalçay və Qusarçay çaylarının sahillərində beton bəndlər qurulur. Burada daha çox təhlükə gözlənilən ərazilər mövcuddur.

Hazırda Qusarçayın sağ sahilində Çartəpə və Aşağı Xuc kəndlərini mühafizə edəcək daş-beton bəndin tikintisi başa çatmaq üzrədir.

Bununla yanaşı, çayların 609.600 kubmetr həcmdə məcrasında təmizləmə və sahilbərkitmə işləri həyata keçirilib və proses davam edir.