Qubada, Heydər Əliyev prospektində qəza baş verib. Bu barədə ShimalNews 21 sentyabr tarixində məlumat verir.

Hadisə saat 15:30 radələrində Mədəniyyət evinin qarşısında qeydə alınıb.

İdarəetmədən çıxan “Nissan” markalı avtomobil “VAZ-2104”-ə, daha sonra yanğınsöndürmə hidrantına çarpılıb.

Qəza nəticəsində xəsarət alan yoxdur. Əraziyə YPX-nin əməkdaşları cəlb olunublar.

Yol-nəqliyyat hadisəsindən sonra yolboyu dayanmadan su axır.

Quba qəza Heydər Əlieyv prospekti
Photo Shimal.News
Quba qəza Heydər Əlieyv prospekti
Photo Shimal.News