Qubada şagird sayı çox olan məktəblərdə dərslik təminatında çətinliklər müşahidə olunur. Bu barədə ShimalNews-a 21 sentyabr tarixində məlumat daxil olub.

Valideynlər bildirirlər ki, artıq bir müddətdir məktəb başlayıb, lakin hələ də uşaqların çoxu dərsliklərlə təmin edilməyib. Dərsliklər şagirdlərə əlifba sırası ilə paylanılıb:

“Sinfin yarısına kitab paylanıb, qalanına kitab çatmayıb. Dedilər ki, olanda veriləcək. Nə vaxt veriləcək, onu heç məktəbin özü də bilmir. Uşaqlar dərs oxuya bilmirlər”.

Eləcə də kitabların bir qismi ürəkaçan vəziyyətdə deyil. Nəm və kif atdığına görə, onları qurutmağa zərurət yaranıb. Bəzi valideynlər isə çatışmayan kitabları öz vəsaitləri hesabına aldıqlarını deyirlər.