Xaçmaz Xalq Teatrının səhnəsində “Şahidə çəvirilən şəhid” tamaşası tezliklə təqdim ediləcək. Bu haqda ShimalNews 20 sentyabr tarixində teatra istinadən məlumat verir.

İki hissəli dramatik novellanın rejissoru İlham Tağızadədir. Tamaşanın quruluşçu ressamı Şıxəli Təhməzov, musiqi tərtibatçısı isə Orxan Məmmədovdur.

Rollarda Elçin İbrahimov, Gülnarə Əlizadə, Hacı Axundov, Tural Babayev, Səbuhə Bağırova, Vüqar Mirzəyev, Sevinc Abdullayeva və Aygün Səlimova çıxış edəcəklər.