Xaçmaz Rayon İcra Hakimiyyətində şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə baxılması məsələsi müzakirə olunub. Bu barədə ShimalNews 20 sentyabr tarixində quruma istinadən məlumat verir.

Keçirilən müşavirədə müxtəlif idarə, təşkilat və müəssisələrin rəhbərləri, icra nümayəndələri və bələdiyyələr iştirak ediblər.

İcra başçısı Elnur Rzayev vətəndaşların, xüsusən də şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılmasını tapşırıb. Eləcə də o, qaldırılan məsələlərin operativ şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.