Xaçmaz rayon icra başçısı yaralanan hərbçilərimizin ailələrini ziyarət edib. Bu barədə ShimalNews 20 sentyabr tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.
Elnur Rzayev Seyidlər kəndində hərbi qulluqçu Müşfiq Əhmədovun və Xudat şəhərində əsgər Anar Seyidovun ailələrinə baş çəkib. İcra başçısı Hərbi Hospitalda olan hərbçilərlə videogörüntü vasitəsilə danışıb, onların səhhəti ilə maraqlanıb.
Görüş zamanı Elnur Rzayev hər iki ailənin müraciət və təklifləri dinləyib.
Müşfiq Əhmədov Vətən müharibəsində iştirak edib. O, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Sücaətə görə”, “Vətən Müharibəsi iştirakçısı” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.