Xaçmaz şəhərində 3 sahibkar cərimələnib. Bu barədə ShimalNews 20 sentyabr tarixində AQTA-ya istinadən məlumat verir.

Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində agentlik tərəfindən monitorinqlər keçirilib. Xaçmazda baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan sahibkarlar aşağıdakılardır:

Sahibkarlıq subyektiÜnvanGörülən tədbir
1.Məcnun MehrəliyevXaçmaz şəhəri, Bakı prospektiİnzibati protokol tərtib edilib
2.Rəhim BabaşevXaçmaz şəhəri, N.Nərimanov küçəsiİnzibati protokol tərtib edilib
3.Ramin HümbətovXaçmaz şəhəri, N.Nərimanov küçəsiİnzibati protokol tərtib edilib