Qusarın Qalacıq kəndində evlərdən biri tamamilə yanıb. Bu barədə ShimalNews 20 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Məlumata görə, hadisə gecə saat 03:00 radələrində baş verib. Evin həyətindəki ot tayası alışıb və alov evə keçib. Hadisə yerinə FHN-in Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 1 avtomobili və canlı qüvvələri cəlb edilmişdir.

Ev sahibi Elnur Bağırov həmin an evdə olmayıb. Onun yaxınları yanğının qəsdən törədildiyini ehtimal edirlər. Onların sözlərinə görə, əvvəl də evi yandırmağa cəhd edilib.

Bir müddət əvvəl naməlum maskalı şəxs evə daxil olaraq Elnurun həyat yoldaşı Sonaxanım Bağırovaya bıçaqla xəsarət yetirmişdir.

Faktla bağlı araşdırma aparılır.

 

View this post on Instagram

 

A post shared by SHIMAL NEWS (@shimal.news)