Qubada “İnvestor üçün ilkin layihə hazırlanması” təlimi keçiriləcək. Bu barədə ShimalNews 20 sentyabr tarixində İqtisadi Resursların Öyrənilməsi İB-yə istinadən məlumat verir.

Təlimin keçirilməsində məqsəd ideya sahiblərini investisiya layihəsini hazırlamasını öyrətməkdir. Bundan əlavə seminar zamanı biznes ideyalarına sərmayə cəlb edə, həm də gələcəkdə digər sahibkarlara bu biliyi aşılaya bilərlər. Təlim iştirakçılarına “Şərikli biznes” kitabı hədiyyə olunacaq.

Oktyabr-noyabr aylarında baş tutacaq təlimdə iştirak etmək üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçmək olar:

https://forms.gle/hxsLTTT2jGyuoFDj9

Ətraflı məlumat üçün: (077) 767-24-67 (wp)