Qubada alma yığımı mövsümü başlayıb. Eyni zamanda satışa yaramayan meyvənin zavodlar tərəfindən qəbulu həyata keçirilir. Bu barədə ShimalNews 20 sentyabr tarixində məlumat verir.

Ən çox alış həyata keçirən konserv zavodları şəhərin Vaqif küçəsində və Hacıhüseynli (keçmiş Yelenovka) kəndində yerləşir. Burada orta qiymət 1 ton üçün 50 manat təşkil edir.

“Ağaclardan yerə düşən, ağac dibi almalar yığılıb zavoda satılır. Onsuzda yerdə qalsa çürüyəcək”, – deyə fermerlərdən biri bildirib.

Ötən il zavodlar 1 ton almanı 40-50 manat aralığında olan qiymətə qəbul edirdi. Bu məhsulların çox hissəsi aramsız yağan yağışlar nəticəsində toplanmışdır.