Qubada 7 nəfərdə marixuana aşkar edilib. Bu barədə ShimalNews 20 sentyabr tarixində APA-ya istinadən məlumat verir.

Əməliyyat Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılıb. Nəticədə narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışında şübhəli bilinən Mehrac Hacıyev saxlanılıb. Onun üzərində və evində aşkarlanan 1 kiloqrama yaxın marixuana müsadirə edilib.

Davam edən silsilə tədbirlər nəticəsində Quba rayon sakinləri Bəxtiyar Əliyev, Cəbrayıl Mikayılov, Müqəddəs Hüseynov, Əli Məmmədov, Xaçmaz rayon sakini Elmar Mərdanov və Şabran rayon sakini Şirxan Qədirov saxlanılıblar. Onların üzərində xeyli miqdarda marixuana, heroin və metamfetamin aşkar olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb.