Qubalı şəhid MAXE hərbi qulluqçu Ümid Həsənovun anası Məxfurə Həsənova ziyarət olunub. Bu barədə ShimalNews 20 sentyabr tarixində Quba RİH-ə istinadən məlumat verir.

Bu gün icra başçısı Ziyəddin Əliyev İsnovqışlaq kəndində şəhid anasını ziyarət edərək onun qayğıları ilə maraqlanıb. Eləcə də növbəti yas mərasimlərinin təşkili, şəhidin məzar daşının qoyulması və digər məsələlərlə bağlı məsləhətləşmələr aparılıb.

Görüş zamanı şəhidimizin anası və yaxın qohumları diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısına və ailəyə qayğılarını əsirgəməyən hər bir kəsə təşəkkürlərini bildiriblər.

Ümid 12-14 sentyabr 2022-ci il tarixlərində erməni təxribatının qarşısının alınması zamanı şəhid olub.