Xaçmazda 13 ton ot bağlaması yanıb. Bu barədə ShimalNews 19 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə Padar kəndində baş verib. Burada 90 kv.m sahəsi olan talvarın taxta atmaları və altına yığılan 30 ton ot bağlamasının bir hissəsi yanıb.

Əraziyə cəlb edilən xilasedicilər 17 ton bağlamanı və yaxınlıqdakı tikililəri yanğından mühafizə ediblər.