Xaçmazda qəza nəticəsində sürücü və sərnişin xəsarət alıblar. Bu haqda ShimalNews 19 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Hadisə Çinartala kəndində baş verib. Belə ki, “VAZ-2106” markalı avtomobil qoşqulu traktora çarpılıb. Qəza zamanı 27 yaşlı Elnur Mirzəyev və 23 yaşlı Nazir Həsənov xəsarət alıblar.
Hadisə şahidlərinin köməyi ilə müxtəlif bədən xəsarətləri alan Nərəcan kənd sakinləri Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Araşdırma aparılır.