Xaçmaz rayon icra başçısı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçulara baş çəkib. Bu barədə Shimal.news 19 sentyabr tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.

Genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanan hərbçilər sırasında  Xaçmaz rayon sakini, hərbi qulluqçu Tural Təbriz oğlu Ağcabəyov da var. Elnur Rzayev hərbçimizlə və digər yaralılarla  görüşüb, onların səhhəti ilə maraqlanıb.

Tural Ağcabəyov Vətən müharibəsi iştirakçısıdır. O, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.