Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında 5 Pakistan vətəndaşı saxlanılıb. Bu barədə Shimal.news 19 sentyabr tarixində Report-a istinadən məlumat verir.

Ötən gün 20:00-da 37 yaşlı Ali Sajjad, 30 yaşlı Munawar Waseem, 24 yaşlı Yousaf Subtain, 20 yaşlı Usman Muhammad və 17 yaşlı Hassan Ali dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətində keçməyə cəhd edərkən (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsi tərəfindən saxlanılıblar.

Araşdırma zamanı onların dövlət sərhədini pozaraq Rusiyaya keçmək, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək istədikləri məlum olub.

Faktla bağlı istintaq davam etdirilir.