Xaçmaz rayonunda yanğın baş verib. Bu barədə Shimal.News 19 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Hadisə Digahoba kəndində qeydə alınıb. Belə ki, həyətyanı ərazidə 5 ton ot bağlaması yanıb. Əraziyə cəlb edilən yanğınsöndürənlər qalan 2 ton ot bağlamasını yanğından mühafizə ediblər.