Xaçmaz şəhərində bir nəfər evində ölü tapılıb. Bu barədə Shimal.News 19 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

54 yaşlı Abdulla Alışovun meyiti Atabəylər-2 ünvanında aşkar edilib. Çağırış ünvanına polis və prokurorluq əməkdaşları cəlb ediliblər. Meyit Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilib.

Mərhum Quba rayonunun Qrız kəndində qeydiyyatda olub.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma başlanılıb.