Ermənistan təxribatının qarşısının alınması zamanı yaralanan Qubadan olan hərbi qulluqçuların ailə üzvləri və yaxınları ziyarət edilib. Bu barədə Shimal.news 19 sentyabr tarixində Quba RİH-yə istinadən məlumat verir.

Görüşdə Quba RİH-nin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin RŞ-nin rəhbərliyi iştirak ediblər. Qonaqlar ailələrə rayon rəhbərliyinin təşəkkürlərini çatdırıb, sovqatlar təqdim ediblər.