Qubada baş vermiş yanğınların söndürülməsi zamanı fərqlənmiş bir qrup vətəndaş təltif olunub. Bu barədə Shimal.News 19 sentyabr tarixində Quba RİH-yə istinadən məlumat verir.

Tədbir Rayon İcra Hakimiyyətində təşkil edilib. 16-22 avqust tarixlərində rayon ərazisində ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında fərqlənmiş Quba Rayon Polis Şöbəsinin və Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarına Ziyəddin Əliyev tərəfindən Fəxri fərmanlar təqdim edilib.