Qubada narkotikin təsiri altında olan sürücü saxlanılıb. Bu barədə Shimal.news Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verir.

DYP əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Baic” markalı avtomobilin sürücüsü kobud şəkildə yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan, o tibbi müayinədən keçirilib. Yoxlama nəticəsində bu hal sübut edilib.

Məmmədov barəsində qanunauyğun tədbir görülüb.