Qubada Aslan Həsənovun yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib. Bu barədə Shimal.News 19 sentyabr tarixində Quba rayon Gənclər və İdman idarəsinə istinadən məlumat verir.

Yarış “Şahdağ-Quba” İdman Klubunda baş tutub. Birincilik sərbəst güləş idman növü üzrə məşqçi-müəllimin 70 illik yubileyinə həsr olunub. İdarənin rəisi Mustafa Nöhbalayev Aslan Həsənovu Fəxri Fərman və hədiyyə ilə təltif edib.

Birincilikdə Quba, Xaçmaz, Siyəzən, Xızı və Şabran rayonlarından 170‐ə qədər yeniyetmə iştirak edib. Qaliblərə idarə tərəfindən diplomlar təqdim edilib.