Qubadan olan şəhid Ümid Həsənovun anası reanimasiya şöbəsinə yerləşdirilib. Bu haqda ShimalNews 19 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

İsnovqışlaq kəndindən olan 21 yaşlı şəhidimizin anası Məxfurə Həsənovanın halı pisləşib. O, icra nümayəndəsinin köməyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda Məxfurə xanımın vəziyyəti stabilləşib. Ziyəddin Əliyev şəhidin anasının səhhətini nəzarətə götürüb.