Quba rayon icra başçısı erməni təxribatının qarşısının alınması zamanı yaralılanan hərbçilərimizi ziyarət edib. Bu haqda ShimalNews 19 sentyabr tarixində Quba RİH-yə istinadən məlumat verir.

12-13 sentyabr tarixlərində baş vermiş hadisələr nəticəsində rayondan 6 hərbi qulluqçu muxtəlif dərəcəli xəsarətlər alıblar. Ziyəddin Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gələrək Mətləb Həbibova, Vaqif Xeyrullayevə, Aqşin Ağayevə, Vüsal Eyyubova, Kənan Mustafayevə və Zaur Sadıqova baş çəkib.

İcra başçısı hərbçilərlə söhbət edib, müalicələrinin gedişatı ilə maraqlanıb, sovqatlar təqdim edib.

 

Quba RİH qazilər təxribat