Qubada iki minik avtomobili toqquşub. Bu barədə ShimalNews 19 sentyabr tarixində məlumat verir.

Hadisə ötən gün saat 13:30 radələrində Heydər Əliyev prospekti ilə Hacı Tağı Hüseynov küçəsinin kəsişməsində baş verib. Toqquşma “VAZ 2106” markalı avtomobilin “Chevrolet” markalı nəqliyyat vasitəsini gozləməyərək H.T. Hüseynov küçəsinə dönmək istədiyi zaman baş verib.

Əraziyə DYP əməkdaşları cəlb ediliblər. Qəza nəticəsində xəsarət alan olmayıb.

Quba qəza Heydər Əliyev prospekti
Photo Shimal.News