Quba rayon sakininin meyiti Samur-Abşeron kanalından tapılıb. Bu barədə Shimal.News 19 sentyabr tarixində APA-ya istinadən məlumat verir.

Meyit kanalın rayonun Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində aşkar edilib. Aparılan tədbirlər nəticəsində batan şəxsin Paşaoba kənd sakini, 55 yaşlı Güloğlan Məmmədrzayev olduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.