Xaçmazlı MMA döyüşçüsü Yaponiyada keçirilən turnirə qatılacaq. Bu barədə ShimalNews 17 sentyabr tarixində tapology.com-a istinadən məlumat verir.
Vüqar Kərəmov 23 oktyabr tarixində “Rizin 39” yarışında iştirak edəcək. 66 kq çəkidə çıxış edən idmançımızın rəqibi Yoşiki Nakahara olacaq.
Daha öncə döyüşçümüz Rizin Qran-Prisində qələbə qazanmışdır.