2022-ci il 12 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79 nəfərə çatıb.

Təxribatın qarşısını alarkən ordumuzun 282 hərbi qulluqçusu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlarda 43 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ordu sıralarına qayıdıb.

115 hərbçinin vəziyyəti kafi, 103 nəfərin vəziyyəti orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.