Qubada oduncaq satışı üzrə hərrac baş tutacaq. Bu barədə ShimalNews 17 sentyabr tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.
Hərrac oktyabrın 12-si saat 10:00-da keçiriləcək. Əvvəlcədən oduncağa yerində baxış keçirmək və daşınmasını planlaşdırmaq məqsədəuyğundur. Bunun üçün 055-665-33-46 (Elvin Baxışov) nömrəsi ilə əlaqə saxlamaq olar.
Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkişafı Xidməti (tel:055-455-34-36) və “Hərracların Təşkili Mərkəzi” (tel: 012-567-37-42) ilə əlaqə saxlamaq mümkündür.
Adıçəkilən prosesdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərraca ən azı 3 iş günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
- Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
- Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, olduğu halda VÖEN-in surəti;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Behin köçürülməsi üçün hesab:
VÖEN: | 1300599171 | ||
H/H: | AZ79CTRE00000000000008628401 | ||
Bank: | Dövlət Xəzinədarlıq Agentliyi | ||
Bankın VÖEN-i: | 1401555071 | ||
Kod: | 210005 | ||
M/H: | AZ41NABZ013601000000003944 | ||
S.W.İ.F.T: | CTREAZ22 | ||
Büdcə səviyyəsinin kodu | 1 | ||
Büdcə təsnifat kodu | 142330 |